Hüquqşünas

  • AtaSığorta ASC
  • Elanın qoyulma tarixi: 25.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AtaSığorta ASC-nin Hüquq Departamentinin hüquqşünas vəzifəsi üzrə vakansiya elan edilir:

İş barədə məlumat:

1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətlə tərəf-müqabilləri arasında bağlanacaq müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirmək.

İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00-18:00;

Namizədə tələblər:

– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
- İş təcrübəsinin olması zəruri deyil.

Uyğun namizədlərdən CV-lərini [email protected] elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.