Aparıcı mütəxəssis (Maliyyə riskləri üzrə)

İşin təsviri

Vakansiyanın adı: Aparıcı mütəxəssis (Maliyyə riskləri üzrə)

Vakansiyanın kodu: V200821-3
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf İdarəsi, Risklərin idarə edilməsi şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı:  2 il

Tələb olunan komputer bilikləri:

MS Office-yaxşı
MS Excel-sərbəst
MS Outlook-sərbəst

Tələb olunan xarici dil bilikləri:

İngilis-yaxşı
Rus-yaxşı

Vəzifə üzrə tələb olunan biliklər :

- Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
- Maliyyə risklərinin idarə edilməsinə dair biliklər;
- İqtisadiyyat və maliyyə sahəsi üzrə biliklər;
- Azərbaycan Respublikasının normativ hüquqi bazasına dair biliklər.

Digər tələb və üstünlük göstəriciləri:

Magistr dərəcəsi;
Python və SQL üzrə biliklər;
Nəzarət etmək qabiliyyəti, yüksək ünsiyyət qurmaq bacarığı, kollektivlə işləmək bacarığı;
Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar;
Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Maliyyə risklərinin müəyyən edilməsi (o cümlədən, investisiya, kredit, inflyasiya, valyuta, faiz, qiymət, likvidlik riskləri və s) və onların idarə edilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;
- İqtisadiyyatda və nəqliyyət sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;
- Səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
- Risk siyasəti çərçivəsində maliyyə alətləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Maliyyə risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;
- Maliyyə risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Risklərin idarə edilməsinin informasiya axını sisteminin qurulması;
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Vakansiyanın elan olunma tarixi: 21/08/2020
Son müraciət tarixi: 06/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/859#vp