Sistem Adminstratoru

  • PASHA Capital
  • Elanın qoyulma tarixi: 11.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sistem Adminstratoru

Vəzifənin məqsədi

İT infrastrukturna aid sistemlərinin inzibatçılığını və tətbiqini həyata keçirmək, onların daim yenilənməsini təmin etmək və çıxan insidentləri aradan qaldırmaq

Vəzifə Öhdəlikləri

• Məlumat Mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN) və öhdəçiliyində olan digər İT sistemlərinin etibarlı işləməsini təmin etmək
• Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
• İT sistemlərinin işinin dayanması və fəaliyyəti ilə bağlı insidentləri və problemləri qeydiyyata almaq və onları həll etmək
• Məlumatların ehtiyat surətlərinin yaradılmasını idarə etmək və mütəmadi nəzarətdə saxlamaq
• Serverlərin və proqram təminatının mütəmadi olaraq yenilənməsini təmin etmək
• Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını təmin etmək
• Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını və həmin proqram təminatının etibarlı işləməsini təmin etmək
• Texniki sənədləşməni aparmaq (diagram və s.)
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: MS Office, AAA, DNS, PKI, şəbəkə protokolları haqqında ümumi bilik.
• Məhsul biliyi: VMware vSphere, Windows Server 2008-2016, MS Exchange, Active Directory
• Digər: Komandada və eyni anda müxtəlif tapşırıqlarla işləmək bacarığı, analitik bacarıqlar.

Vəzifə tələblərinə cavab verən namizdələrin öz CV-lərini [email protected] email ünvanına məktubun mövzu hissəsində “Sistem Adminstratoru” qeyd edərək göndərmələri rica olunur. Ancaq uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi