Məlumat mərkəzi operatoru (Call Center)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 10.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Məlumat mərkəzi operatoru (Call Center)

Vəzifə öhdəlikləri:

– Məlumat mərkəzinə daxil olan zənglərin cavablandırılması
– Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması
– Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi
– Telefon zənglərinin uyğun şəxslərə yönləndirilməsi
– Müştəri sorğularının qeyd edilməsi və sorğuların müvafiq cavablandırılması
– Müştəri şikayətlərinə baxılması, həlli və müvafiq istiqamətlərə yönləndirilməsində operativlik
– Şirkət xidmətləri, kampaniyalar və yeniliklərlə bağlı müştərilərin məlumatlandırılması
– Sosial media və rəsmi sayta daxil olan müraciətlərin online cavablandırılması.

Tələblər:

– Cinsi: Qadın
– Azərbaycan və Rus dillərini səlis bilməli.
– Ofis proqramlarında mütləq işləmək bacarığı.
– Kollektivdə işləmə qabiliyyəti.
– Yüksək səviyyədə ünsiyyət qurma bacarığı.
– Səlis nitq.

Namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini [email protected] elektron poçtuna göndərməlidir.
"Mövzu" bölümündə müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

İşəgötürənin reytinqi