Əməliyyat üzrə mütəxəssis

İşin təsviri

Vakansiya: Əməliyyat üzrə mütəxəssis

Logistik şirkət.
Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 31 avqust 2020-c il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Əməliyyat üzrə mütəxəssis) e-maildə MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

VƏZİFƏLƏRİ:

 Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən konteynerlərin vaxt tariflərinin hesablanması və nəzarətini təmin etmək.
 ADY QSC-nin təyinatı üzrə daşımaya nəzarət edən dispetçer ilə əlaqə saxlayaraq vaqon-platformaların və konteynerlərin təyinatı və keçid vaxtlarının izlənməsini təmin etmək;
 Vaqon-platformaların hərəkət marşurutlarına uyğun olaraq, yerləşdiyi yeri müəyyən etmək üçün sərhəd-keçid stansiyaları, “ADY“ QSC-nin və digər dövlətlərin dəmir yollarının müvafiq qurumları ilə elektron əlaqələrin yaradılması və müntəzəm olaraq, lazımi məlumatların əldə edilməsi;
 Yeni alınmış və ya “Azərbaycan Dəmir Yolları“ QSC-dən icarəyə götürülmüş fitinqli vaqon platformaların qəbul edilməsi və qeydiyyatının aparılması
 Aylıq və rüblük yük daşıma dövriyyəsinin müəyyənləşdirməli.
 Yük dövriyyəsini və yük göndərənlər üzrə vaqon bölgüsünün aparılmasıni və konteyner daşımalarının operativ təşkili üçün vaqonların ayrılmasını təmin etməli;
 Təyinat stansiyalarında konteynerlər boşaldıqdan sonra boş fitinqli vaqon-platformaların hərəkət marşurutlarının istiqamətini təmin etməli;
 Vaqonun hərəkət marşurutu üzrə təlimatın (instruksiya) hazırlanması və vaqonun təyinat stansiyasından sonrakı hərəkətini reallaşdırmaq üçün hazırlanmış təlimatın (instruksiyanın) vaxtında yük alana və ya ekspeditora göndərilməsini təmin etməli;
 Vaqon-platformaların cari və depo təmirinin təşkil olunması üçün təmir müəssisələrin müəyyən edilməsi və onlarla əlaqələrin yaradılması;
 Vaqon-platformaların texniki vəziyyətinin müntəzəm yoxlanmasının və onların daşınmaya tam yararlı vəziyyətdə olmasının təmin etməli;
 Vaqonların texniki vəziyyəti ilə bağlı məlumat və göstəriciləri əks etdirən qrafik-cədvəlin yaradılması və vaqonların texniki vəziyyətinin nəzarətdə saxlamalı;
 İstismar müddətinin başa çatmasına 30 təqvim günü qalmış vaqon-platformaların depo təmirinə göndərilməsini təmin etməli;
 İstismar müddətində vaqon-platformalarda yaranan texniki nasazlıqların aradan qaldırılması üçün cari təmiri təşkil etməli;

BİLMƏLİDİR:

 Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
 Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
 müəssisənin strukturu və onun bölmələri;
 vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
 rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
 kompüter texnologiyasının iş qaydaları;

TƏLƏBLƏR:

 Təhsil dərəcəsi: Bakalavr
 Logistika istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
 Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
 Məsuliyyətlilik
 Ünsiyyət qurmaq bacarığı
 Etibarlılıq
 Detallara fikir vermək qabiliyyəti
 Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)