Dijital marketinq mütəxəssisi

  • Smartbee
  • Elanın qoyulma tarixi: 04.08.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dijital marketinq mütəxəssisi

Smartbee Azərbaycanda ən böyük reklam platformasıdır. Sistem vasitəsilə həm reklamverənlərin rəqəmsal mediada reklamları yayımlanır, həm də vebsayt sahibləri öz saytlarının traffikini pula çevirirlər.

Smartbee komandasına daha bir “arı” - dijital reklam sahəsində özünə stabil iş axtaran gənc axtarışındayıq.

Darxıdırıcı işindən bezib fəaliyyət sahəsini dəyişmək/universiteti yeni bitirib özünə karyera qurmaq/ən perspektivli sahələrdən biri olan dijital mediada reklamın dərinliklərini öyrənmək istəyən çalışqan şəxsləri komandada görmək istəyirik.

Tələblər

• Azərbaycan və ingilis dilini əla səviyyədə bilmək. Rus dilini bilmək böyük üstünlükdür.
• İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.
• Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) paketi təcrübəli iş bacarığı
• Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
• SMM, Google Ads, banner reklamları haqqında bilgili olmaq
• Riyaziyyatı və məntiqi yaxşı bilmək
• İqtisadiyyat, marketinq, riyaziyyat sahəsində ali təhsili olmaq üstünlükdür.

Görüləcək işlər:

• Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
• Yerli vebsaytlar, qlobal reklam platformalarında iş
• Mediaplana əsasən reklamların internetdə yerləşdirilməsi, onların analizi
• Müştərilər üçün təqdimatların, internetdə reklam yerləşdirmək üçün yeni alətlərin təklif olunması

Detallar:

• İş-vaxtı: 10.00-18.00, I–V günlər.
• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
• Şəhərin mərkəzində, İçərişəhər metrosunun yaxınlığında iş yeri
• Gülərüz kollektiv
• Əmək haqqı: 500 AZN. Namizədin özünü inkişaf etdirməsindən və performansından asılı olaraq gələcəkdə maaşı artacaq.

Maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına “Digital media specialist” başlığı ilə göndərə bilər.

İşəgötürənin reytinqi