Переводчик/Tərcüməçi

İşin təsviri

Alqoritmika” - beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbidir. Bizim məktəblər 135-dən çox şəhərdə və 15 ölkədə fəaliyyət göstərirlər. Bu ölkələrin siyahısına Avstraliya və ABŞ kimi ölkələr daxildir. “Alqortimika” şirkəti Azərbaycanda “Rəqəmsal Bacarıqlar” layihəsini həyata keçirir. Qarşıdan gələn tədris ilində bizim tərtib etdiyimiz vəsaitlər və tapşırıqlar vasitəsilə 110 000 azərbaycanlı şagird tədris alacaqdır.

Biz dərslərimizin vəsaitlərini (təqdimatlar, müəllim üçün təlimatlar, şagirdlər üçün tapşırıqlar) rus dilindən azərbaycan dilinə tərcümə edə biləcək tərcüməçi axtarırıq.

Zəruri olan bilik və bacarıqlar:

• Azərbaycan dili - yüksək səviyyədə;
• Rus dili - çox yaxşı səviyyədə;
• MS Office proqramlarını (Word, Excel, Power Point) mükəmməl səviyyədə istifadə edə bilmək.

Üstünlük olan əlavə xüsusiyyətlər:

• Proqramlaşdırma əsasları barədə anlayışa malik olmaq (məsələn, Python və ya digər proqramlaşdırma dilində yazılmış sadə kodları anlamaq);
• IT, proqramlaşdırma əsasları və tədris mövzularına aid mətnləri tərcümə etmək təcrübəsi;
• Texniki sahədə iş təcrübəsi və ya texniki təhsil.

Aşağıdakıları təklif edirik:

• Öz işinə həvəslə yanaşan mütəxəssislər komandası;
• On mindən çox şagirdin proqramlaşdırmaya marağını oyatmaqla onların həyatına müsbət təsir göstərmək imkanı. Artıq payızda sizin tərcümə etdiyiniz vəsaitləri 110 00 Azərbaycanlı şagird istifadə edəcəkdir.
• Komanda daxilində maksimal inkişaf və müxtəlif istiqamətlərdən birində rəhbər olmaq imkanı;
• Sərbəstliyi dəstəkləyən və bürokratiyasız iş mühiti;
• Əmək müqaviləsi, müsahibənin nəticələrinə əsasən əmək haqqının təyin edilməsi;
• İş qrafiki: 09:00–18:00 və ya 10:00–19:00, bazar ertəsi - cümə.

Təhsil sahəsində işləmək, komandamızla birlikdə inkişaf etmək istədiyiniz halda CV-lərinizi növbəti elektron poçt ünvanına göndərməyinizi xahiş edirik: [email protected]. Məktubun mövzusunda “Переводчик/Tərcüməçi” qeyd etməyi unutmayın.