Tərcüməçi

  • Cosmoline
  • Elanın qoyulma tarixi: 10.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr

  • İstənilən növ sənədlərin, səsli və yazılı mətnlərin ingilis, rus, gürcü, erməni, fars, fransız və alman dillərində peşəkar tərcüməsi;
  • Tərcümə edilmiş mətnlərin keyfiyyətinin yoxlanılması və redaktə edilməsi;
  • Zamanında və dəqiq tərcümə işlərinin yerinə yetirilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • İngilis, rus, gürcü, fars, fransız və ya alman dillərində peşəkar bacarıqlar;
  • Mükəmməl yazılı və şifahi Azərbaycan dili bilikləri;
  • Müasir informasiya texnalogiyalarından istifadə etməyi, eləcə də məlumat toplamağı və təhlil etməyi bacarmaq;
  • Verilən tapşırıqlara ciddi və məsuliyyətli yanaşmaq;
  • Komandada və müstəqil şəkildə işləməyi bacarmaq;
  • Yüksək qavrama qabiliyyətinə malik olmaq.

Digər məlumatlar

  • Əmək haqqının müsahibə yolu ilə müəyyənləşdirilməsi;
  • Əmək münasibətlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Peşəkar inkişaf imkanı;
  • Gənc, yenilikçi və mehriban kollektiv.

Qeyd:

  • Minimum iki dil üzrə yüksək bilik və bacarıqlara malik namizədlərə üstünlük verilir.
  • Vakansiya ilə maraqlanan namizədlərdən öz bilik və bacarıqlarını, eləcə də şəxsi məlumatlarını ehtiva edən CV nümunələrini Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına yerləşdirmələri tələb olunur.