Vakansiya: REFERENT
Logistik şirkət.
Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 10 Avqust 2020-ci il
Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (REFERENT ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.
VƏZİFƏLƏRİ:
Telefon zənglərini qəbul edir, aidiyyəti üzrə yönləndirir;
Müraciətlərin vaxtını, məqsədini, müraciət edənin şəxsi məlumatlarını qeydə alır və aidiyyəti üzrə istiqamətləndirir;
Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə, imzalanmış sənədləri isə kargüzara təqdim edir;
Verilən iş tapşırıqlarını zamanında həll etmək, printer, skan, fax ilə əlaqədar işləri yerinə yetirmək;
İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
Qonaqları gülər üzlə qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək;
Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək;
Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
Əmrləri və protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq;
İclas zamanı zəruri olduqda stenoqrammasının aparılması;
Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək;
Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək;
BİLMƏLİDİR:
Müəssisədə ofis işlərinin aparılması üçün normativ hüquqi aktlar, qaydalar, təlimatlar, digər rəhbər materiallar və sənədlər;
Vahid dövlət sənədləşmə sisteminin əsas müddəaları;
müəssisənin strukturu və onun bölmələri;
vahid təşkilati və inzibati sənədlər sisteminin standartları;
rəsmi sənədlərin və materialların keçməsinin monitorinq qaydası;
kompüter texnologiyasının iş qaydaları;
TƏLƏBLƏR:
Təhsil dərəcəsi: Bakalavr
Kargüzarlıq istiqaməti üzrə Təhsil istiqaməti və ixtisası və təcrübə
Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
Məsuliyyətlilik
Ünsiyyət qurmaq bacarığı
Etibarlılıq
Detallara fikir vermək qabiliyyəti
Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili orta səviyyədə
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)