Fəhlə (Yükləmə və boşaltma)

  • Elanın qoyulma tarixi: 08.07.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Fəhlə (Yükləmə və boşaltma)

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs(Araz marketdən sağa dönən yol istiqamətində)
Təhsil: Orta təhsil
Yaş həddi: 18-40

İşin Təsviri:

Anbara gələn nəqliyyat vasitələrindən malların boşaldılması, anbardan çıxan nəqliyyat vasitələrinə malların yüklənməsini həyata keçirir..

Vəzifə öhdəlikləri:

- Malları yüklənən zaman diqqətli olmaq, malların əzilməməsi, sınmaması və yararsız hala düşməməsinə diqqət yetirmək;
- Malları paletlərə yığan zaman palet standartına uyğun olaraq, çeşidinə görə müəyyən edilmiş sayda yığmaq;
- Palet müəyyən edilmiş miqdarda dolduqdan sonra streç vasitəsi ilə streçləmək, transpalet vasitəsi ilə təyin olunmuş yerə aparmaq;
- Transpaletlə ehtiyatla rəftar etmək, anbarda hərəkət edərkən, digər heyət üzvləri və elektrokar sürücülərini nəzərə almaq, keçidlərdə diqqətli olmaq, araba ilə hərəkət edərkən digər arabaların və elektrokar sürücülərinin keçə biləcəyi qədər yol saxlamaq, araba və transpaletlə təhlükəli hərəkətlər etməmək;
- Üzərində mal olan paletlə hərəkət edərkən asta və təhlükəsiz olmaq, paletin aşmamasına və malların dağılmamasına diqqət yetirmək.

Əmək haqqı: Müsahibədə məlumat veriləcəkdir.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki – 6 günlük(Növbəli şəkildə tənzimlənir)

Müraciət qaydaları:

Qeyd olunan nömrələr üzrə whatsapp üzərindən müraciət edə bilərsiniz:
055 253-18-06 (Tərxan bəy) / 055 209 15 85 (Əli bəy).
[email protected] ünvanına “Fəhlə” yazaraq CV göndərə bilərsiniz.