Vəzifə: Aşbaz (aşbaz köməkçisi)
Xidməti yeri: Mətbəx şöbəsi
Tabeçilik: Baş Aşbaz
Tələblər
Bəy/Xanım
Yaş 25-35
Otel sektorunda iş təcrübəsi
Milli və avropa mətbəxində biliklər
Əsas öhdəliklər
Hər zaman eksklüziv qonaq xidmətləri göstərmək.
Müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
Əməliyyat
Yeməklər və qida məhsullarının tələb edilən standarta müvafiq olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək.
Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
5 iş günü 40 saat
Rəsmi müqavilə
Forma+nahar yeməyi
Əmək haqqı 500 manat
CV başlıq “Aşbaz (aşbaz köməkçisi)” olaraq [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.