Administrator

İşin təsviri

PRİME Accessories Mağazalar Şəbəkəsi Azərbaycanda 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Dünya şöhrətli brend saatların, gümüşlərin, brilliant zərgərlik məhsullarının, xanımlar üçün aksessuarların və dəri brendlərinin ölkədə rəsmi satış distrübiterliyini həyata keçirir. Şirkət Bakıda hal-hazırda 20 filialı ilə müştərilərinin xidmətindədir.

İş barədə məlumat

- Özü və tabeçilyində olan əməkdaşların daxili nizam-intizam qaydalarına əməl edilməsini təmin etmək;
- Özü və tabeçiliyində olan əməkdaşların işində davamiyyətli olmasını, işə vaxtında gəlmək, işdən vaxtında getmək və iş saatlarında yüksək məcburiyyət olmadan iş yerini tərk etməməsini təmin etmək;
- Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət etmək;
- Mağazanın fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;
- Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
- Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək
- Karyera imkanı

İş qrafiki növbəlidir:

- I növbə: 09:00-dan 17:00-dək
- II növbə: 14:00-dan 22:00-dək
- Həftədə 1 gün istirahət

Əmək haqqı: Min: 500 azn + bonus

Namizədə tələblər

- Kommunikasiya bacarıqları
- Ali təhsil (üstünlük verilir)
- İş təcrübəsi: 2 ildən 5 ilə qədər
- Dil bilikləri (azərbaycan, rus)
- Kompüter bilikləri (MS Office)
- Yaş: 22-35 yaş
- Gülərüz
- Ünsiyyətcil
- Stressə davamlı
- Satış texnikalarını bilməli
- İnsanlarla ünsiyyət qurma bacarığı
- Fikrini sərbəst çatdırma qabiliyyəti
- Səliqəli xarici görünüş
- Punktual
- Komandada işləmək bacarığı olan
- Problem həll etmə qabiliyyəti
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Fiziki sağlam
- Fərdi inkişafa meyilli

Maraqlanan namizədlərdən CV-lərini [email protected] mail adresinə göndərməkləri xahiş olunur.