Aqronom

  • Green Tech
  • Elanın qoyulma tarixi: 17.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Aqronom” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

• Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində bilik və təcrübə;
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində bilik və təcrübə;
• Herbisidlər, fungisidlər, insektisidlər, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə;
• Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə proqramların hazırlanması;
• Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.

Tələblər:

• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili ;
• Təhsil: Ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarına üstünlük verilir);
• İdarəetmə təcrübəsi, analitik düşünmə qabiliyyəti;
• Qoyulmuş məsələlərlə bağlı məqsədlərə nail olmaq bacarığı;
• Kompüter bilikləri: MS Office, Outlook;

İşin təsviri:

• İş yeri Binə qəsəbəsi. Nəqliyyat və yemək xərcləri şirkət tərəfindən qarşılannır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.