Kondisionerlərin təmiri ustası

  • NewCond LLC
  • Elanın qoyulma tarixi: 11.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kondisionerlərin təmiri ustası

İş barədə məlumat

- Məişət , Multi sistem ,Yarımsənaye kondisioner və havalandırma sistemləri haqqında ümumi məlumatın və təcrübənin olması ; - VRF , Çiller , Fancoil və havalandırma sistemlərinin avadanlıqlarının elektronikası haqqında ümumi məlumatın olması , vakum , qaynaq , freon vurulması , sistemin və blokların yuyulması , kompressorların dəyişdirilməsi və s təmir işlərinin görülməsi ;
- Kondisionerlərin hidravlik sxemləri barədə məlumatın olması ;
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş saatları: 09.00-18.00

Əmək haqqı : 800 - 1200 AZN
Yerinə yetirilən və ya ödənişli işlərdən faizlər veriləcək.
* Əmək haqqının məbləği müsahibənin nəticəsinə görə təyin ediləcək

Namizədə tələblər

Yaş həddi : 25-45 , Cinsi : Kişi
İş təcrübəsi : Minimum 2 illik iş təcrübəsi olmalıdır .
Sürücülük vəsiqəsi və avtomobil idarəetmə qabiliyyəti olmalıdır .
Kompyuter və ya Notebook- la işləmə bacarığının olması
Rus və İngilis dillərində terminləri bilməlidir , Rus dilində oxuma qabiliyyəti olmalıdır
Səliqəli , nizam intizamlı və məsuliyyətli olmalı , kollektivlə işləmə qabiliyyətinin olması vacibdir .
Kondisionerlərin və ya kondisioner sistemlərinin quraşdırılmasını bacarmalı

Bu vakansiya yalnız kondisioner və kondisioner sistemlərinin servis xidmətini görə bilən və ya təmirini bacaran bacaran usta üçün nəzərdə tutulub, yalnız montaj işləri bacaran ustaların müracətinə  baxılmayacaq.

CV - lərinizi [email protected] elektron ünvana Kondisionerlərin təmiri ustası başlığı ilə göndərməniz xahiş olunur .