Xəzinədar ( Ağdaş filialı )

  • Kredit Evi QSC
  • Elanın qoyulma tarixi: 09.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Kredit Evi” QSC “Ağdaş” filialı üçün “Xəzinədar” vakansiyası elan edir.

“Xəzinədar” üçün tələblər:

Yaş həddi: 21-30 yaş
Cins: Qadın

 Ali və ya orta ixtisas-kollec təhsili (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
 İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
 Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandı
 Nağd pulla intensiv işləmə bacarığı;
 Gərgin iş qrafikində işləmək bacarığı;
 Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
 Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
 İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
 İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

 Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
 Müştərilərə xəzinə xidməti göstərilməsi.
 Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
 Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
 Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
 Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdir) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağdaş - Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.