Planlama və inşaat mühəndisləri

  • Amal Group
  • Elanın qoyulma tarixi: 02.06.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Planlama üzrə mühəndis” tələb olunur.

Vakansiya haqqında

İş yeri: Bakı, Gəncə/Azərbaycan
İş saatı : Həftədə 6 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək və inkişaf etdirmək;
• Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
• Layihənin material, maşın mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək;
• Məhsuldarlıq və adamsayı analizlərin hazırlanması, görüləcək işlər üçün vaxt və resurs sərfiyyatı cədvəlinin tərtib edilməsi;
• İşlərin icrası üçün lazım olan resursların müəyyən edilməsi: Briqadaların sayı və növü, texnikanın sayı və adı, işlərin hər növü üçün briqada və texnikanın cəlb edilməsi müddəti;
• Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
• Layihə üzrə aylıq iş planına uyğun olaraq gündəlik, həftəlik və 1-3 aylıq layihə vəziyəti, istehsal, satış-alış, sərf, itki, yayınma, avadanlıq iş saatı, anbar vəziyyəti və s. hesabatları tərtib etmək və bu barədə birbaşa rəhbərliyi məlumatlandırmaq;
• Aylar arasında sifariş, istehsal, sərf, itki,yayınma və s. göstəricilər müqayisə analizi aparılır və bu barədə rəhbərliyi məlumatlandırmaq;
• Gələcək dövrlər üçün layihə üzrə müvafiq proqnozlaşdırma-planlama modellərinin yaradılmasını təşkil etmək və bu işə nəzarət etmək;
• Layihə üzrə planlanan istehsal proqnozlarını müəyyən etmək və satınalma sifarişini həyata keçirmək;
• Layihə üzrə tələb olunan yardımçı, köməkçi materiallara və anbara vaxtaşırı nəzarəti həyata keçirərək qalıqlar barəsində lazımi sənədləri tərtib etmək və nəzərdə tutulmuş stok həddinə uyğun tələblər açaraq, bu barədə birbaşa rəhbərliyini məlumatlandırmaq;
• Planlama işinin effektivliyini təmin etmək məqsədilə Layihə üzə Texniki, Təchizat və digər əlaqədar şöbələrdən vaxtında məlumatlar əldə etmək və anbarı nəzərdən keçirmək;
• Gündəlik iş planına uyğun olaraq istehsal haqqında məlumatı iş icraçılarından almaq və müvafiq sənədləri tərtib etmək;
• Hər həftənin sonu bir sonrakı həftə ərzində görüləcək işlər (iş planı) haqqında Layihə üzrə Texniki şöbəni məlumatlandırmaq;
• Hər həftənin sonu bir sonrakı həftə ərzində ehtiyac olacaq mal-material haqqında Təchizat şöbəsini məlumatlandırmaq;

• Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələri analiz etmək, gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri və iş icraçıları ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
• Layihənin iş planına uyğun olaraq görülən işlərə dəyən ziyanı müəyyən etmək və tədbirlər planı hazırlamaq;
• İş planına nəzarət etmək, planlaşdırılan və faktiki irəliləyişin müqayisəsi, həftəlik/aylıq/illik hesabatları hazırlamaq;
• Planlama işinin səmərəli təşkili ilə əlaqədar digər məsələlərin həllində iştirak etmək.

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Layihə planlaması üzrə əlavə sertifikatlar üstünlük hesab olunur;
• Planlama Mühəndisi olaraq inşaat üzrə minimum 3 il iş təcrübəsi.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);-Digər dillər əlavə üstünlük hesab olunur.
• Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
• Sərf və tullantıların hesabatlarını hazırlayaraq analiz etmək qaydalarını;
• Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip və proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
• Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar və müvafiq alətlər barədə biliklər;
• Ms. Office programları, Excell əla səviyyədə, MS Project 2010.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Planlama üzrə mühəndis” qeyd etməyi unutmayın.

 


Təcili olaraq aşağıdakı şərtlər üzrə “İnşaat mühəndisi” tələb olunur.

Vakansiya haqqında

İş yeri: Bakı, Gəncə/Azərbaycan
İş saatı : Həftədə 6 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək;
• Tabeciliyində olan işçi heyətinə rəhbərlik etmək;
• Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək;
• Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək;
• Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
• Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək;
• Layihənin iştirakçıları, müştəri və digər maraqlı tərəflər arasında razılaşdırılmış kommunikasiya proseslərini həyata keçirmək;
• Müvafiq hüquqi və normativ standartları öyrənmək, nəzərdən keçirmək və onlara riayət etmək;
• Layihənin texniki şərtlərə cavab verməsini təmin etmək məqsədi ilə gözlənilməz halları və problemləri həll etmək;
• Mütəmadi işin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyinə təqdim etmək.

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum 5 il inşaat sahəsi üzrə iş təcrübə.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət);-Digər dillər əlavə üstünlük hesab olunur.
• Avadanlıqlar, alətlər və mexaniki qurğular barədə biliklər, hərəkət, işıq, enerji almaq, texnoloji və digər məqsədlər üçün onlardan istifadə;
• Dəqiq texniki planların, eskizlərin, sxemlərin və modellərin hazırlanması və istifadəsi prosesinə cəlb olunan dizayn texnikası, prinsiplər, alətlər və qurğular barədə biliklər;
• Biznes və təşkilati planlaşdırma, əlaqələndirmə və icra işləri ilə bağlı prinsip v;ə proseslər barədə biliklər (strateji planlaşdırma, resursların bölüşdürülməsi, işçi qüvvəsinin modelləşdirilməsi, liderlik texnikası və istehsal metodları);
• Binalar, obyektlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar, metodlar və müvafiq alətlər barədə biliklər;
• Autocad, Ms. Office programları, Excell əla səviyyədə.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “İnşaat mühəndisi” qeyd etməyi unutmayın.