“Bakı Taksi Xidməti” MMC
Vəzifə: Çağrı mərkəzi (Call Center) operatoru
Vəzifə öhdəlikləri:
• Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
• qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
• müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
• müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
• Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
• xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
• digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
• Ali təhsilə üstünlük verilir
• azərbaycan, rus və ingilis dillərini bilməli
• nitqi aydın və səlis olmalı
• fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
• müştərilərlə ünsiyyət qurma bacarığı olmalı
• məsuliyyətli, səbrli, stressə davamlı olmalı
• yaş həddi 18-35 həddində olan xanımlar
İş qrafiki: günaşırı, növbəli.
Əmək haqqı: müsahibə əsnasında müəyyən olunur.
Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.