Mağaza inzibatçısı (Sumqayıt)

İşin təsviri

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Mağaza inzibatçısı (Sumqayıt)

Tələblər:

• Mağazanın idarə edilməsi sahəsində azı 1 il iş təcrübəsi;
• Komandanın idarə edilməsi təcrübəsi;
• Satış sahəsinə dair nəzəri və praktik biliklər;
• Satışın Planlanması və Planın icrasına dair təcrübə;
• Azərbaycan dilini mükəmmək bilməli.

Vəzifələri:

• Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
• Satışın effektiv həyata keçirilməsi;
• Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
• İşçilərə iş yerində təlimlərin keçirilməsi;
• Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
• Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;

*Namizəd qeyd olunan regionun sakini olmalıdır.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mağaza inzibatçısı (Sumqayıt)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 25.06.2020

İşəgötürənin reytinqi