Satış və Marketinq üzrə Menecer

İşin təsviri

Vakansiyanın adı: Satış və Marketinq üzrə Menecer

İş yeri: Bakı şəhəri

Əsas tələblər:

• Ali təhsil (Marketinq, Biznesin idarəedilməsi, Kommersiya);
• İş stajı: 2 il (tibb sahəsinə üstünlük verilir);
• Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmalı; (ingilis dili arzu olunandır);
• MS Office proqramlarında işləmə bacarığı;
• Güclü komanda vasitəsilə idrəetmə bacarığı;
• Strateji yanaşma, planlama və təşkilatçılıq;
• Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;
• Ədalətlilik və düzgünlük;
• Ünsiyyət və satış bacarığı;
• Analitik düşünmə, analiz etmə, diqqətlilik;

Vəzifə öhdəlikləri:

• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
• Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
• Satış kampaniyalarının təşkil edilməsi;
• Təşkil edilmiş tədbirlərin təhlili və ölçülməsi;
• Şirkətin SWOT analizinin həyata keçirilməsi;
• Yeni məhsulun inkişafı üçün təchizat və istehsal ilə bağlı təkliflərin irəli sürülməsi;
• Şirkətin satış üzrə proqnozlarının verilməsi;
• Hesabatların hazırlanması;
• Dərman vasitələrinin fiziki-kimyəvi xüsusiyyətlərinə və mövcud saxlanılma qaydalarına uyğun olaraq şəraitin təmin edilməsi;

İş şəraiti:

• İş qrafiki: 5 günlük, saat 09:30 -dan 18:00-dək
• İstirahət: Şənbə və bazar günləri;

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Son müraciət tarixi: 14.06.2020

Müraciət edərkən vəzifənin adını email-in mövzü hissəsində “Satış və marketinq üzrə menecer” qeyd edərək CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.