Audit

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 12.05.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi;
• MS Office və 1C 8,3 proqramlarını sərbəst bilməli və tətbiq etməlidir.
• Analitik düşüncə; Komandada işləmək bacarığı;
• Mübahisələrin həll edilməsi;
• Dəqiqlik; Dürüstlük;
• Effektiv kommunikasiya;
• Nəzarət etmə qabiliyyəti

Namizədin vəzifə öhdəlikləri:

• Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
• Şirkətin siyasətini, prosedurları, standartları və digər normativ sənədləriqiymətləndirmək;
• Audit yoxlamaları nəticəsində şirkətin siyasəti, prosedurların, standartların və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Şirkətdə yaranan qabaqcıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
• Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatlar və rəylər hazırlamaq;
• Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
• Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
• Daxili nəzarət mühitinin qiymətləndirməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
• Şirkətin Daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
• Şirkətin risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına dair rəy bildirmək;
• Daxili audit yoxlamaları zamanı saxtakarlığın və risklərinin qiymətləndirilməsini aparmaq;
• Saxtakarlıq hadisələrin araşdırılmasında departamentin adından iştirak etmək;
• Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;

Özünü müvafiq vakansiyada sınamaq istəyən namizədlərdən [email protected] ünvanına “Audit” başlığı altında CV göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi