Anbardar (qızılgül )

İşin təsviri

İşəgötürən: Azerbaijan Flowers Company

Vəzifə: Anbardar (qızılgül )

İşin təsviri:

• Anbardara aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkil edir;
• İş tapşırıqlarının yerinə yetirilməsi üçün müvafiq tədbirlər görür,təklifləri və problemlərini rəhbərinə vaxtında çatdırılması;
• Anbar raportlarının vaxtlı-vaxtında Mühasibə çatdırılmasını təmin etmək;
• Anbardar daxil edilən, çıxarılan mal-materiallarla əlaqədar vaxtında və dəqiq hazırlanaraq rəhbərliyə hesabatların çatdırılması;
• Anbardan mal materialın çıxışı və qeydiyyatına,mal-materiaların təsnifatı, sənədləşmənin aparılmasına və mühafizəsinin təşkil edilməsinə nəzarət edir;
• Məhsulları və materialları daşıma və nəql etmək üçün ləvazimatların idarə olunması, yüklənilməsi, boşaldılması və nəql olunması təmin edir;
• Məhsulları xüsusiyyətlərinə müvafiq olaraq anbarda saxlanılmasını, xammalı və emal üçün müxtəlif komponentləri nəql etməsini, anbarda saxlanması təmin edir.
• Anbarda statistik məlumatlar toplayır və toplanmış statistik nəticələrə dair hesabatlar hazırlayır;
• Anbara gələn mal materialların giriş çıxış aktlarını hazırlamalıdır, həmin aktlara əsasən anbarda qalan və anbardan çıxan mal materiala nəzarəti etməlidir;
• Anbardar mal-materialların və xammalların xarab olması və itkilərin qarşısını alınması və mühafizə olunması ilə əlaqədər lazımı tədbirlər görür;
• Anbara daxil olmuş qüsurlu mal-materilallar üçün xüsusi yer ayırmasını və həmin mal materialın mühaizəsini təmin edir;
• İş ərazisinin və istifadə olunan ləvazimatların təmizliyi və normal fəaliyyət üçün lazımi səviyyədə saxlanılması, konteynerlərin, yeşiklərin və bağlamaların hazırlanmasını işini təşkil edir;
• Anbar sahəsində tələb olunan hava şəraitini tənzimləməlidir.

İş yeri: Qala (Servis xidməti mövcuddur)

Tələblər:

 Ali təhsil
 3-5 il
 İngilis və rus dilləri
 MS office ,1C proqramı

Maraqlanan namizədlər mövzu yerində “Anbardar” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.