Anbardar (qızılgül)

İşin təsviri

İşin təsviri:

  • Anbardara aid olan hesabatların hazırlanması və daxili sənəd dövriyyəsinin təşkil edir;
  • İş tapşırıqlarının yerinə yetirilməsi üçün müvafiq tədbirlər görür,təklifləri və problemlərini  rəhbərinə vaxtında çatdırılması;
  • Anbar raportlarının vaxtlı-vaxtında Mühasibə çatdırılmasını təmin etmək;
  • Anbardar daxil edilən, çıxarılan mal-materiallarla əlaqədar vaxtında və dəqiq hazırlanaraq rəhbərliyə hesabatların çatdırılması;
  • Anbardan mal materialın çıxışı və qeydiyyatına,mal-materiaların təsnifatı, sənədləşmənin aparılmasına və mühafizəsinin təşkil edilməsinə nəzarət edir;
  • Məhsulları və materialları daşıma və nəql etmək üçün ləvazimatların idarə olunması, yüklənilməsi, boşaldılması və nəql olunması təmin edir;
  • Məhsulları xüsusiyyətlərinə müvafiq olaraq anbarda saxlanılmasını,  xammalı və emal üçün müxtəlif komponentləri nəql etməsini, anbarda saxlanması  təmin edir.
  • Anbarda statistik məlumatlar toplayır və toplanmış statistik nəticələrə dair hesabatlar hazırlayır; 
  • Anbara gələn mal materialların giriş çıxış aktlarını hazırlamalıdır, həmin aktlara əsasən anbarda qalan və anbardan çıxan mal materiala nəzarəti etməlidir;
  • Anbardar mal-materialların və xammalların xarab olması və itkilərin qarşısını alınması və mühafizə olunması ilə əlaqədər lazımı tədbirlər görür;
  • Anbara daxil olmuş qüsurlu mal-materilallar üçün xüsusi yer ayırmasını və həmin mal materialın mühaizəsini təmin edir;
  • İş ərazisinin və istifadə olunan ləvazimatların təmizliyi və normal fəaliyyət üçün lazımi səviyyədə saxlanılması, konteynerlərin, yeşiklərin və bağlamaların hazırlanmasını işini təşkil edir; 
  • Anbar sahəsində tələb olunan hava şəraitini tənzimləməlidir.

İş yeri: Qala (Servis xidməti mövcuddur).

Tələblər:

  • Ali təhsil
  • 3-5 il
  • İngilis və rus dilləri
  • MS office ,1C proqramı

Maraqlanan namizədlər mövzu yerində “Anbardar” yazmaqla öz CV-lərini  [email protected]  göndərə bilərlər.