Senior Software developer (Backend)

  • CyberNet
  • Elanın qoyulma tarixi: 20.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Senior Software developer (Backend)

Vəzifə öhdəlikləri:

• Şirkətin müəyyən etdiyi proseslər və şablonlar əsasında fəaliyyətin yerinə yetirilməsi
• Biznes tələbləri əsasında proqram təminatının arixtekturasının müəyyən edilməsi
• Proqram təminatının məlumat bazası üzrə detallı arxitekturasının müəyyən edilməsi
• Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması
• İşlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi və icrasının təşkili
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
• Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması və s.

Əsas tələblər:

• Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində)
• Müvafiq vəzifədə ən azı 2 (iki) il iş təcrübəsi
• İngilis - yaxşı, Rus - yaxşı
• Alqoritmləşdirmə bacarığı, SOLID prinsipləri, Design Patterns, Clean code
• Proqramlaşdırma dilləri: Java
• Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): Oracle, PostgreSQL
• Application Serverlər: Apache Tomcat, JBoss
• Texnologiyalar: J2EE, SpringBoot, MyBatis, Microservis arxitekturası, Docker, Liquibase, Lombok, HTML, Java Script, PL/SQL, ELK, JUnit, Git, Maven
• Əməliyyat sistemləri: Windows, Linux
• Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
• Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
• Məsuliyyətlilik, stresə davamlılıq, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları

İş şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Senior Software developer (Backend)” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər