Bölgə Müdiri (Supervayzer)

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 16.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İceland” ticarət nişanı ilə tanınan , 20 ildən artiq dondurma istehsalı üzrə lider olan “Camal LTD” şirkətinə B kateqoriyalar üzrə Bölgə Müdiri (Supervayzer) vəzifəsinə namizədlər tələb olunur.

Tələblər:

- Yaş həddi 30-45 yaş arası.
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Satış sahəsində yüksək bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və uğurlu şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;

Vəzifələri:

- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin (ekpeditorlar) idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Günlük və aylıq satış hesabatlarının hazırlanması;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Bölgə Müdiri” qeyd edərək [email protected] elektron ünvanına CV göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi