Anbar uçotu üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 13.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Anbar uçotu üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 21-26

İşin Təsviri: Anbar qalıqlarının izlənilməsi, tiger stoklarının çəkilməsi, anbar qalıqlarının üzləşdirilməsi, yaranan fərqlərin və neqativ stokun aradan qaldırılması.

Vəzifə öhdəlikləri:

- Yoxlanma zamanı sənədlərdə yaranmış problemlərin həll edilməsini təmin etmək;
- Gündəlik sürücü anbarlarının tiger stokunun çəkilməsini icra etmək;
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar tərəfindən işlənilən yanlış əməliyyatların mağazalara bildirilərək aradan qaldırılmasını təmin etmək;
- İnventarizasiya şöbəsinin müştərək şirkətlərin mağazalarında keçirdiyi sayım zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.

Tələblər:

- Stress altında işləyə bilmək;
- Zamanı idarə etmək bacarığı;
- Müsbət müştəri məmnuniyyəti yaratmaq;
- Komandada işləmək bacarığı;
- Diqqətli və ünsiyətcil olmaq;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə “Anbar uçotu üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.