Antaris MMC
Online Satış Meneceri
Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/
Online satış ayrıca şöbə olaraq qurulur, və bu vakansiyaya gələcək şəxs şöbənin növbəti etapda rəhbəri olacaq. Şöbədəki əməkdaş sayı 3 nəfər nəzərdə tutulub, marketinq, data entry (məlumatların daxil edilməsi/yenilənməsi), satışın icrası olmaqla müxtəlif işlər üçün əməkdaşlar olacaq. Bu vakansiya elanı, online satışla bağlı həvəsli olan, bu səhənin gələcəyini görən və buna inanan namizədin seçilməsi məqsədi daşıyır.
VƏZIFƏ ÖHDƏLIKLƏRI:
• Online satışın qurulması layihəsinəd iştirak etmək
• Sistemin qurulması, satışa başlamasını öz öhdəlikləri çərçivəsində icra etmək
• Satışın dəvamlılığını, srtımını təmin etmək
NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Marketinq bilikləri
• Online satış bilikləri
• Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya İT sahəsi)
• İngilis dili – C1, Rus dili üstünlükdür
• İT biliklərinin olmasıs üstünlükdür (ən azından texnolojik məlumatlılıq)
Emosional bacarıqlar və vərdişlər:
• Yaradıcı yanaşma (kreativ)
• Kommunikasiya qabiliyyəti
• Yenilikçilik, fərqli düşünmə
• Analitik düşünmə
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• Əmək haqqı razılaşma ilə (sistem qurulduqdan sonra maaş və faiz olacaq)
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün, 9:00 – 18:00
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq
Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]