Təlim Mərkəzinin Meneceri

İşin təsviri

Təlim sahəsində özünə güvənən yenilikçi aktiv hər kəsi Təlim Mərkəzinin Meneceri vəzifəsinə baş vurmağa dəvət edirik..

Vəzifə öhdəlikləri

 Təlim satışını təşkil etmək,bazarın vacib hissəni əhatə etməsini təmin etmək.
 Aktiv şəkildə personalın planlaşdırılması və inkişafına dəstəyi öz üzərinə götürmək, təşkilatın işinin performans və effektivliyini artırmaq üçün , yeni texniki və ya işgüzar fürsətləri müəyyən etmək;
 Biznes nəticələrinin yaxşılaşdırılması üçün bazar, maliyyə biliklərindən isitifadə etmək, effektiv biznes taktikalarının və strategiyalarının yaradılması üçün öz biliklərindən istifadə etmək;
 Təlimləri, təşkilati inkişafı planlaşdırmaq, qiymətləndirmək;
 Təşkilatın inkişaf planına uyğun olaraq təlim və tədbirlərin planlaşdırılması,hazırlanması, və həyata keçirilməsini təmin etmək;
 Uzun müddətli effektiv və strateji biznes-planın hazırlanıb, inkiaf etdirilməsi;
 Təşkilati dəyişikliklərə rəhbərlik etmək;
 Mürəkkəb heyət çətinlikliklərinin öhdəsindən gəlmək;
 Siyasi cəhətdən ağıllı qərarlar qəbul etmək;

TƏLƏBLƏR

 Təlim proqramlarında məlumatlı olmaq
 Müştəri (və ya işəgötürən) ehtiyaclarının qiymətləndirilməsi, məmnuniyyətin qiymətləndirilməsi və xidmət keyfiyyətinin təmin edilməsi daxil olmaqla, güclü müştəri və şəxsə xidmət bacarıqları;
 İT biliklərinin olması;
 Satış etmə bacarığı;
 İnnovativ yeniliklərə meyilli;
 Effektiv şəkildə komanda və digər qruplarla əməkdaşlıq edərək, qarşılıqlı mənfəət qazanmaq üçün korperativ iş nümayiş etdirmək, hədəflərə çatmaq;
 Təşkilat daxilində və xaricində əməkdaşlıq üçün əlaqələr qurmaq bacarığı;
 Təşəbbüskar, müstəqil düşünmə və qərar vermə bacarığı;
 Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
 Xarici təhsil və ya təcrübə arzuolunandır

Uyğun olan namizədlərdən, özləri haqqında məlumatı (CV/Resume) [email protected] electron poçt ünvanına, mövzu hissəsində “Təlim Mərkəzi Meneceri” qeyd etməklə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaqdır.