Texnoloq

  • Avrora
  • Elanın qoyulma tarixi: 07.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Texnoloq” vakansiyanı açıq elan edir.

Vəzifələr:

- Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
- İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
- Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
- Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
- İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
- İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
- Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
- Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
- Alınan nəticələri sənədləşdirib tərtib etmək;
- Sahələr üzrə "Texnoloji prosesə nəzarət kartları"nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
- İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.

Tələblər:

- Ali təhsilli (Qida məhsullarının texnologiyası, Un məhsullarının texnologiyası, Qida məhsulları mühəndisliyi)
- Müvafiq sahə üzrə iş təcrübəsi minimum 3 il (Un məmulatları ilə bağlı olanlara üstünlük verilir)
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
- Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Şirkət hesabına nahar;
İş yeri Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texnoloq” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi