Java Fundamentals, Spring MVC, Spring Boot üzrə mentor

  • ATL Academy
  • Elanın qoyulma tarixi: 03.04.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Academy şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, Süni Zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası, texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən təsis edilmişdir.

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Praktiki vərdişlər bir başa ATL Tech şirkətinin təcrübəli komandası ilə həyata keçirilir.

Vakansiya: Java Fundamentals, Spring MVC, Spring Boot üzrə mentor

Vəzifə öhdəlikləri

- ATL Academy-nin Java dili üzrə müvafiq qruplarında online və onsite sessiyalarda mentorluq etmək;
- Təlimçi tərəfindən verilmiş materiallara uyğun olaraq tələbələrin hazırlaşmasına kömək etmək;
- Keçilmiş dərslərin müəyyən edilmiş qaydada qeydlərinin hazırlanması və akademiyaya təqdim edilməsi;
- Tələbələrə keçilmiş dərslərə uyğun olaraq əlavə çalışmaların təqdim edilməsi və həllində kömək etmək;
- Akademiyanın keçirdiyi imtahanlar üçün test bazasının hazırlanmasında yaxından iştirak etmək.

Vakansiya üzrə tələblər:

• Tədris edilən fənn sahəsində təcrübə

Aşağıda qeyd olunan texnoloji sahələrdə (və ya bir qismində) texniki biliyin olması mütləqdir:

- IDE andenvironmentsetup;
- Java language;;
- AlgorithmsandDataStructures;
- Essential DesignPatterns;
- RegularExpressions;
- Gitversioncontrol;
- Spring Frameowork;
- Spring Boot, Spring MVC with Thymeleaf, Spring, Security;
- JPA, Hibernate, Spring MVC, Thymeleaf;
- REST/JSON queries with Postman or similar tool;
- HTTP protocol, Cookies, Headers, Status Codes, Request/Response structures;
- Maven build tool;
- Swagger basics;
- Docker basics;
- Unit tests with Junit, Mockito, Spock;
- Internationalization.

Maraqlanan namizədlərdən linkə https://career.atltech.az/vacancy/170 keçid edərək, mürəciətlərini təsdiq etmələri xahişolunur. Yalnız uğurlu namizədlər ilə əlaqə saxlanılacaqdır.