ATL Academy


ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və müasir İT sahəsinin tələblərinə cavab verən təhsil imkanı yaradır. İT-nin müxtəlif istiqamətlərində dərslər təklif etməyi nəzərdə tutan ATL Academy hazırki mərhələdə “Code School” daxilində Software Development Fundamentals, Backend Software Development və Frontend Software Development kimi sahələri üzrə kurslar təqdim edir. Dərslər İT sahəsində geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir.

Bu sahəni qısa zamanda mənimsəmək istəyən tələbələri nəzərə alan ATL Academy dərslərini “bootcamp” üsulu ilə də təqdim edir.

ATL Academy-nin əsas hədəflərindən biri beynəlxalq və yerli bazar üçün İT sahəsində tam ixtisaslaşmış mütəxəssislər yetişdirmək və onlara karyera inkişafında dəstək olmaqdır. Təhsilini uğurla başa vuran tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş rəsmi sertifikat qazanmaqla yanaşı, Amazon, Microsoft, Google, Cisco və digər nəhəng İT şirkətlərinin təqdim etdiyi müxtəlif sertifikatlara hazırlaşmaq və əldə etmək imkanına yiyələnirlər.

ATL Academy proqram təminatının yaradılması və İT konsaltinq sahələri üzrə 10 ildən çox təcrübəsi olan ATL Tech şirkəti tərəfindən yaradılmışdır. Bu isə öz növbəsində ATL Academy kurslarını uğurla bitirmiş tələbələr üçün ATL Tech şirkətində praktik təcrübə əldə etmək və ya dərhal işlə təmin olunmaq imkanı yaradır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?