Kassa üzrə kiçik mütəxəssis ( İmişli və Naftalan filialları )

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 10.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri İmişli və Naftalan filialların Xidmət bölməsində Kassa üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
• Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.

Tələblər

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
• İş təcrübəsi arzuolunandır
• Riyazi hesablama qabiliyyəti
• Azərbaycan dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Kassa üzrə kiçik mütəxəssis – Naftalan " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşəgötürənin reytinqi