Aparıcı Mühasib

  • Bizim Market
  • Elanın qoyulma tarixi: 06.03.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Aparıcı Mühasib

Namizədə olan tələblər:

• Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi,
• Dövlət orqanlarına hesabatların təqdim edilməsini bacarmaq,
• ƏDV ilə işləmə təcrübəsinin olması.

İş haqqında məlumat:

• Bank əməliyyatlarının aparılması,
• İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili,
• Aylıq, rüblük, illik Dövlət orqanlarına hesabatların göndərilməsi,
• Birbaşa rəhbərin (Direktor müavini) və Maliyyə Direktorunun tapşırıqlarının icra edilməsi.

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək haqqı 900-1100 AZN
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “Aparıcı mühasib” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.