Vəzifə: “Biznes məhsullarının satışı üzrə mütəxəssis (Bakı, Xaçmaz və Gəncə filialları üzrə)”
Tələblər:
- Ali iqtisadi təhsil;
- Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Təhlil etmə bacarığı;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Əraziyə uyğun olaraq Biznes və mikro kredit üzrə müştəriləri cəlb etmək;
- Məhsul üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
- Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
- Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərin mövzu yerinə “Biznes məhsullarının satışı üzrə mütəxəssis (Bakı, Xaçmaz və Gəncə filialları üzrə)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.