Unix/Linux üzrə inzibatçı

İşin təsviri

“ABB” ASC Unix/Linux üzrə inzibatçı axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Vəzifə öhdəlikləri:

 İT sistemlərinin və xidmətlərinin pro-aktiv monitorinqi;
 Yeni və mövcud ehtiyyat sisteminin tam qurulması (IBM Spectrum Protect);
 İT xidmətində problem yarandıqda dəstəyin göstərilməsi;
 Layihələnin icrasında iştirak.

Vakant vəzifə üzrə tələblər:

 Güclü məntiq;
 UNIX sistemləri haqqında baza biliklər;
 Çeşidli UNIX sistemlərin quraşdırılması üzrə təcrübə;
 Sistem və tətbiq problemlərinin aradan qaldırılması üzrə təcrübə;
 Yeni İT trendlərdən xəbərdar olmaq;
 İngilis dili (Texniki mətnləri oxuyub anlaya bilmək və sistemləri istifadə bilmək üçün başlanğıc biliklərə sahib olmalıdır);
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Unix/Linux üzrə inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az