Brend menecer köməkçisi

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 27.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Təhsil: Ali (Satış və marketinq sahəsində)
• İş təcrübəsi: Geyim sahəsində uyğun vəzifələrdə 3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) İngilis (əla)
• Kompyuter bilikləri: MS Office-əla, 1C yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Analitik düşüncə
• İşgüzar əlaqələr qurmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Məhsulun bazarda mövqeyini izləmək;
• Bazar araşdırmasının aparılmasına dəstək;
• Yeni məhsul və brendlərin bazara çıxarılması üçün hazırlanmış tədbirlər planı üzrə işləmək;
• Brendlə bağlı illik plan üzrə sifarişin icrası, planın yerinə yetirilməsini izləmək;
• Mağazalarda olan işçilərin işini koordinasiya etmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 800-1000 AZN

Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

İşəgötürənin reytinqi