Sürücü-ekspeditor

  • Azərşəkər MMC
  • Elanın qoyulma tarixi: 24.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2017-ci ildən fəaliyyətə başlayan "Azərşəkər MMC" kənd təsərrüfatına yeni nəfəs, müasir texnologiyalar və yerli fermerlərə əvəzsiz imkanlar gətirir. Vertikal inteqrasiyalı bir şirkət olaraq fəaliyyət göstərməyi nəzərdə tutduğumuz əkin sahələrində növbəli əkin sisteminə riayət etməyi, müasir kənd təsərrüfatı maşın və avadanlıqlarından, müasir suvarma sistemlərindən və becərmə texnologiyalarından istifadəni nəzərdə tuturuq.

Təsərrüfatlarımızda səmərəli kənd təsərrüfatı fəaliyyətinin qurulması və yeni texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi əsas hədəflərimizdəndir.

Sürücü-ekspeditor

• Şirkət tərəfindən təyin olunmuş ölkə daxili ezamiyyətlərə getmək
• Mal-materialların və ya sənədlərin təyin olunmuş yerlərə çatdırmaq
• Loqistika və inzibati işlərdə dəstək göstərmək
• Bölgələrdə potensial tədarükçülərin araşdırılmasında iştirak etmək (ehtiyat hissələri, avtomobil, kənd təsərrüfatı texnikası xidmətləri və s.)
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirmək

Namizədə tələlər:

• 5-6 il iş təcrübəsi
• Sürücülük vəsiqəsi -B,C kateqoriyası
• Bölgələri yaxşı tanımalı
• Kollektivdə işləməyi bacarmalı
• Məsuliyyətli və dəqiq olmalıdır
• Azərbaycan dilin biliyi. Rus dili biliyi arzuolunandır

Əlavə məlumat:

İş qrafiki - həftənin 5 günü
Ezamiyyət xərcləri şirkət tərəfindən ödənilir
İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir

Maraqlanan şəxslər öz CV formalarını "Sürücü-ekspeditor" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.