İqlimə nəzarət üzrə komputer operatoru

  • Baku Agro Park
  • Elanın qoyulma tarixi: 21.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İqlimə nəzarət üzrə komputer operatoru (Priva operatoru)

Təhsil /təcrübə:

1. Ali təhsil;
2. Analoji sahədə min. 3 il iş təcrübəsi;
3. Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışmaq, yazmaq və oxumaq;

Vəzifələri:

1. Bitkilərin qidalanma prosesini Priva ilə idarə etmək;
2. Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etmək;
3. İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etmək;
4. İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətinin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etmək;
5. Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etmək;
6. Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etmək;
7. Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etmək;
8. Təcili və fövqəladə hallar siqnalların qəbul edilməsi və verilməsini təmin etmək;
9. Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
10. Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etmək;

Əmək haqqı : 600-1200 manat

Təminatlar:

Səhər və nahar yeməyi şirkət tərəfindən verilir.
Servis avtobusu ilə təmin edilir
Korparativ nömrə ilə təmin edilir.

E - mail : [email protected]