Təhsil Koordinatoru

  • Code Academy
  • Elanın qoyulma tarixi: 21.02.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Vakansiya: Təhsil Koordinatoru

İşin təsviri:

- Yeni tədris proqramlarının yaradılması və inkişafında iştirak
- Tədris keyfiyyətinə nəzarət
- Müəllimlərlə tədris prosesi ilə bağlı görüşlərin təşkili
- Dərs təqviminin ümumi planlanması
- Tədris materiallarının yaradılması
- İT sektorunda baş verən dəyişiklikləri izləmək və yeniliklərin mövcud tədris proqramlarına uyğunluğunu analiz etmək

Görmək istədiyimiz bilik və bacarıqlar

- Minimum 2 il iş təcrübəsi
- Təhsil sahəsində iş təcrübəsi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı, xüsusən də yaxşı Excel bilikləri
- Əla ünsiyyət qabiliyyəti
- Email etiketi
- Yüksək keyfiyyətdə sənədləşmə bacarığı
- Azərbaycan dilində əla, ingilis dilində yaxşı yazı və danışıq qabiliyyətinin olması, orta səviyyədə rus dili bilməsi
- Təqdimat bacarığı
- Güclü araşdırma və analiz qabiliyyətli
- IT sektorunda işləməyə maraqlı və həvəsli olmaq

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Tibbi sığorta təminatı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən
namizədlərlə əlaqə saxlanılacaq.