Vəzifənin adı: Marketing və inzibatı işlər üzrə mütəxəssis
İşəgötürən: BETTA MMC
Vəzifə öhdəlikləri:
• Telefon, email və şəxsən danışıqları aparmalı və müzakirə etməli.
• Görüşlər, iclaslar və iş səyahətləri daxil olmaqla, Baş Direktor üçün təqvim tərtib etməli və lazımi şəkildə yönləndirməli.
• Müştərilərlə mütəmadi əlaqələr saxlanılması, feedback-lərin alınması və araşdırılması
• Şirkətin biznes planının inkişafında yaxından iştirak etmək
• Baş Direktor adına bütün zəruri tələblər (görüş yeri, lazımi avadanlıqlar, təqdimatlar və gündəm hazırlanması və s.) təmin edilməklə, daxili və xarici görüşlərin təşkil olunmasına cavabdeh olmalı.
• Baş Direktora və Biznes İnkişafı üzrə Menecerə inzibati dəstək.
• Baş Direktor üçün uçuşlar, viza, otel yerləşdirilməsi, səyahət xərcləri daxil olmaqla, görüş planlarının təşkil edilməsinə cavabdeh olmalı.
• Baş Direktor tərəfindən tələb olunduqda, iclas gündəliyinin tərtib edilməsi, görüşlərin zamanı haqqında məlumatlandırma, iclas protokollarının yazılması, görüş məkanlarının təsdiqi və s. daxil olmaqla, katibəlik dəstəyi göstərməli.
• İclasdan sonra protokolları və tapşırıqları yazmalı və bütün iştirakçılara paylamalı.
• Baş Direktor tərəfindən və Biznes İnkişafı üzrə Menecer tərəfindən tələb olunduğu zaman təqdimatlar tərtib etməli və yazmalı.
• Yeni müştərilər üçün ətraflı prezentasiyalar hazırlanmalı.
• Şirkətin İnternet səhifəsinin işlək olması və yenilməsinə nəzarət edilməli
• SMM fəaliyyətində Biznes İnkişafı Menecerinə daimi dəstək verilməsi və yenilənmiş məlumatların yerləşdirilməsi
• Şirkətin daxili nizam – intizam qaydalarına ciddi riayət etməli, işə davamiyyəti dəqiq olmalı.
• Geyimi səliqəli ofis stilində olmalı.
Tələblər:
• Bakalavr: İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Menecment, Maliyyə və Mühasibatlıq üzrə təhsil
• İş təcrübəsi sahə üzrə minimum bir il
• Dil biliklər: Azərbaycan dili, Rus dili və İngilis dili
• Kompyuter bacarıqları: Word, Excel, Power Point bilməsi vacibdir
• Marketinqin əsaslarını bilməli
• Mükəmməl prezentasiya bacarığı və prezentasiya vasitələrindən professional istifadə.
• Komanda ilə işləmək bacarığı
• Analiz bacarığı
İş şərtləri:
İş rejimi: 5 günlük (09:00-18:00)
Əmək haqqı: 600 -800 AZN (müvafiq vergilər çıxılmaqla)
Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir.
Yuxarıdakı tələblərə cavab verən və müvafiq sahədə tövsiyyə məktubları olan namizədlər CV-lərini və tövsiyyə məktublarını [email protected] elektron ünvanına və ya baş ofisə (Bakı, Bəşir Səfəroğlu küç., 133) təqdim edə bilərlər.