Qaraj rəisi

İşin təsviri

“PREMİUM TRANSPORT” MMC

Vəzifə : Qaraj rəisi

Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək

İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavod ərazisi

Ələqa nömrəsi : +994 55 909 72 54 (Elçin müəllim)

Elektron poçt ünvanı : [email protected]

Vəzifə öhdəlikləri :

• Layihə rəhbəri tərəfindən verilən gündəlik tapşırıqları yerinə yetirir;
• Hərəkətdə olan nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasını onun cədvələ uyğun xəttə çıxması və işin sonunda xətdən qayıdarkən qəbul zamanı onun nasazlığının müəyyən edilməsinin təmin edir;
• Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirir və təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirir və onların aradan qaldırılması üçün tədbirlər görür;
• Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılmasının cədvəlini işləyib hazırlayır və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;
• Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsində iştirak edir;
• Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
• Xəttə çıxmazdan əvvəl sürücülərə göstəriş verir;
• Yeni hərəkət hissələrinin qəbulunda və eləcə də avtomobillərin hesabdan silinməsində və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak edir, qəza xarakterli zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirir;
• Yük avtomobillərin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənir, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil edir, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
• İşlənən materialların sərf edilmə normalarına riayət olunmasını təmin edir;
• Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məsələləri ilə bağlı səmərələşdirici təkliflərə baxılmasında iştirak edir, qəbul olunmuş təkliflərin tətbiq olunmasını təmin edir.

Namizədə olan tələblər

• Müvafiq sahədə minimal 3 il iş təcrübəsi;
• Nəqliyyat üzrə ali təhsil arzuolunandır.

İş şəraiti

• 6 günlük iş norması – 1 – 5 ci günlər 7 saat, 6 – cı günlər 5 saat
• Nəqliyyat və yataqxana ilə təmin olunma;
• Gündə 3 dəfə yemək ilə təmin olunma (növbələrdən asılı olaraq );
• Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;