Tikinti üzrə Sahə Rəisi

İşin təsviri

İş yeri: Ələt / Sumqayıt

Vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində işlərin layihəyə, texniki tələblərə və təhlükəsizlik normalarına uyğun icrasına nəzarət etmək;
  • Ustalar və fəhlələrdən ibarət briqadaların fəaliyyətini təşkil və idarə etmək;
  • Tikinti materiallarının düzgün və səmərəli istifadəsini təmin etmək;
  • Gündəlik və həftəlik iş planlarını hazırlamaq, icranı izləmək;
  • Layihə mühəndisləri və texniki nəzarətçilərlə koordinasiyalı şəkildə işləmək;
  • Görülmüş işlərin hesabatlarını və aktlaşdırmanı aparmaq.

Tələblər:

  • Tikinti mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil;
  • Sahə rəisi vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
  • Tikinti normativləri, texniki sənədləşmə və təhlükəsizlik qaydaları haqqında biliklər;
  • Komanda idarəetmə bacarığı, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
  • MS Office və AutoCAD proqramlarında işləmə bacarığı (arzuolunandır);

İş şəraiti:

  • İş rejimi: 6 gün.
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sahə rəisi” Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar