Büdcə üzrə aparıcı və ya baş mütəxəssis

İşin təsviri

“ABB” ASC Maliyyə Menecmenti departamentinin Büdcə və təhlil şöbəsinə büdcə üzrə aparıcı və ya baş mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlil etmək;
 Bizneslərlə görüşlər keçirərək ilkin büdcə fərziyyələrini əldə etmək;
 Xərc mərkəzləri ilə görüşlər keçirmək və məlumatların analiz edilərək büdcəyə əlavə etmək;
 Büdcə prosesinə inzibatçılıq edərək, məlumatları konsolidasiya etmək;
 Aylıq olaraq büdcənin icrasını analiz etmək və təqdimatlar hazırlamaq;
 Büdcə prosesinin təkmilləşdirilməsini aparmaq

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil ;
 Bank sektorunda minimum 2 il, büdcə sahəsində minimum 1 il iş təcrübəsi;
 Azərbaycan və ingilis dillərini mükəmməl bilmək ;
 SQL, Power BI, MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
 ACCA üzrə sertifikatlardan keçən (F2, F3, F5 və F7) namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə Menecmenti departamenti/ Büdcə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az