İnformasiya texnologiyaları üzrə mütəxəssis ( Help Desk)

  • Barattson
  • Elanın qoyulma tarixi: 27.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barattson MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.

Barattson MMC “İnformasiya texnologiyaları üzrə mütəxəssis ( Help Desk)” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

- Bütün versiya Windows ƏS qurulması, konfiqurasiyası və idarə olunması;
- Sistemlərin yüklənməsinin effektivliyinin analizi və monitorinqini etmək;
- Profilaktik tədbirlərin görülməsi və planlaşdırılması;
- Hardware və proqram təminatı problemləri daxil olmaqla sistem səviyyələrində problemlərin aradan qaldırılması;
- İnformasiya sızmalarının qarşısını almaq;
- İT İnkişaf hədəfləri/planlarına əsasən yeni İT infrastruktur sistemlərinin, alətlərinin və texnologiyalarının inkişafında və dəstəklənməsində iştirak etmək;
- Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini təmin etmək;
- İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq;
sistemin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə hesabat vermək;
- Şirkət məlumatlarının məxfiliyini təmin etmək;
- Mövcud sistemləri təkmilləşdirmək;
- DVR və NVR kameralarının quraşdırılması

Əsas tələblər:

- Ali təhsil;
- Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
- Qeyd olunan sahədə minimum 2-3 il iş təcrübəsi
- Windows ƏS sistemləri(7,8,10) üzrə dərin biliklər, həmçinin Server(2012-2016) və Storage üzrə praktiki biliklər;
- Şəbəkə avadanlıqları haqqında biliklər (modem, router, switch, hub, access point və s.)
- Məlumatların rezervləşdirilməsi və backup olunması prosedurlarını bilmək və programları ilə işləmə bacarığı;
- Windows Server mühitində AD infrastrukturu sahəsində güclü məlumatlar;
- Virtuallaşma texnologiyası (VMware) təcrübə;
- İnformasiya təhlükəsizliyi, məlumatların qorunması, viruslara qarşı sistemlərin və program təminatlarının idarə edilməsi sahəsində yaxşı bilik və təcrübə;
- Backup proseslərində, backup proqramlarında bacarıqlar;
- IP Şəbəkəsi (TCP / IP, IP ünvanı) və ümumi internet xidmətləri, protokol və proqramları (DNS, SMTP, HTTP / HTTPS,DHCP,VPN) biliklər,

Əmək haqqı: razılaşma yolu ilə. İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İnformasiya texnologiyaları üzrə mütəxəssis ( Help Desk)” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 28 fevral 2020-ci il.

İşəgötürənin reytinqi