Kredit İdarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 26.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
 Bankda Kredit sahəsində( Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
 Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
 Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
 Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı;
 Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

İŞİN TƏSVİRİ:

 Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
 Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
 Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
 Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq;
 Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
 Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət etmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi