Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 26.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 İqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə magistr təhsilin olması;
 Bank sahəsində (kredit məhsullarının yaradılması və biznes proseslərin idarə olunmasında) minimum 2 il iş təcrübəsi;
 Peşəkar səviyyədə MS Office, xüsusilə MS Visio-dan istifadə bacarığı;
 Analitik düşüncə, novatorluq və yüksək təqdimat bacarığı;
 Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
 Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
 Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.

İŞİN TƏSVİRİ:

 Yeni kredit məhsullarının işlənib hazırlanmasının və tətbiqinin həyata keçirilməsi, mövcud olan biznes proseslərin təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
 Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın və texniki tapşırıqların yazılması, biznes proseslərin xəritəsinin və blok-sxeminin hazırlanması;
 Kredit məhsulları üzrə yeni satış kanallarının yaradılması, mövcud satış kanallarının inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya ləğv olunması barədə təkliflərin verilməsi;
 Bankın kredit məhsulları üzrə biznes proseslərın avtomatlaşdırılmasına və Bankın proqram təminatın optimallaşdırılmasına dair təkliflərin verilməsi və proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
 Yeni kredit məhsullarını işlənib hazırlanmasını, tətbiqini və biznes proseslərin optimallaşdrılmasının Bankın digər struktur bölmələri ilə əlaqəlı şəkildə təşkil edilməsi;
 Bankın kredit portfelinin keyfiyyətli artımının təmin edilməsi məqsədilə bazarda kredit ehtiyaclarının araşdırılması və yeni kredit məhsullarının bazar dəyərinin və effektivliyinin müəyyən edilməsi üçün analitik həllərinn tətbiq edilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşəgötürənin reytinqi