Elektrik mühəndisi (Təcrübəçi)

  • IMA Energy
  • Elanın qoyulma tarixi: 21.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“IMA Energy” QSC sənaye obyektləri, iri və kiçik həcmli zavod və fabriklər, çoxmərtəbəli yaşayış binaları, komplekslərin və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemləri, alçaq gərginlikli enerji paylama sistemləri, zəif axın sistemləri, elektrik panellərinin, yarımstansiyaların və elektrik avadanlıqlarının tikintisini, quraşdırılmasını və təmiri işlərini həyata keçirir.

“IMA Energy” QSC öz fəaliyyətində gənc kadrların iştirakına xüsusi əhəmiyyət verir. Bu səbəblə, öz peşəkar iş fəaliyyətinizə başlamağınıza və gələcəkdə yeni iş perspektivləri tapmağınıza kömək olmaq məqsədilə Sizə iş təklifi edirik. Siz bu dövr ərzində peşəkar heyət tərəfindən təlimatlandırılacaq, yeni iş imkanları əldə edəcək, mehriban kollektiv əhatəsində çalışacaq, Əmək Məcəlləsinin tələb etdiyi normalarla tam şəkildə təmin ediləcək, və ən əsası öz ixtisasınıza uyğun iş təcrübəsi əldə edəcəksiniz.

Vakansiya: Elektrik mühəndisi (Təcrübəçi)

Vəzifə ödəlikləri:

• İşlədiyi sahədə ondan yüksək ixtisasli elektrik işçiləri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.
• Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi

Kimlərə üstünlük veriləcək:

Ali təhsil müəssisəsini energetika elektrik- mühəndisliyi, avtomatlaşdırma, və s . sahə üzrə bitirmiş
şəxslər;

Hərbi mükəlləfiyyətli
İxtisasi üzrə nəzəri biliklər
İngilis dili (fluent) sərbəst bilməlidir.
Rus dili olması üstünlükdür
Kompüter bilikləri: Microsoft Office və Autocad proqramı

İş vaxti:

6 günlük iş rejimi
09.00-18.00 –dək

Əmək haqqı:  400 AZN (başlanğıc)

Əlaqə: [email protected]