Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Baş mexanik” vakansiyasını elan edir.
(Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)
Əmək funksiyaları
 Nəqliyyat vasitələrinin xəttəsaz vəziyyətdə buraxılmasını təmin etmək
 Xəttə baş vermiş texniki çatışmamazlıqları aradan qaldırılması
 Yanacağın sərfiyyatına nəzarət etmək
 Anbardan çıxan ehtiyyat hissələrinə nəzarətini
 Avtomobillərə texniki xidmətlərin və cari təmirin təşkil edilməsi.
 Avtomobillərin texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək.
 Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi.
 Texnikalarının təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin yazılması edilməsi,
 Avtomobillərin sənədləşmə işlərini həyata keçirmək - Avtomobillərin texniki vəziyyətinə görə məsuliyyət daşımaq.
 Mütəmadi olaraq avtomobillərin texniki baxışdan keçməsini təmin etmək
 Texnika və avtomobillərin diaqnostikasını keçirmək, kodlaşmaların tətbiq olunmasına cavabdehdir.
 Tabeçiliyində olan işçilərə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
Tələblər
 Ali təhsil (texniki istiqamətdə) arzu olunandır
 Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək.
 Montaj və təmir metodlarını
 Komanda ilə işləmə bacarığı
 Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
 Baş mexanik (mexanik) vəzifəsində 3 ildən yuxarı iş təcrübəsinə malik olmaq
 Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Baş mexanik” qeyd etməklə göndərə bilərlər.