Araşdırma və müştəri münasibətlərinin idarə olunması üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 21.01.2020
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Araşdırma və müştəri münasibətlərinin idarə olunması üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri, Keşlə qəs.
İş təcrübəsi: 1 il
Təhsil: Ali
Yaş həddi: 22-35

İşin Təsviri: Müştərilərlə bağlanmış müqavilələrə nəzarət, müştəriləri aidiyyatı proqramlarda aktivləşdirmək, müştəri bazasını yaratmaq və ümumi müştəri yönümlü təhlillər aparmaq.

Vəzifə öhdəlikləri:

- Rəhbərliyin tələbi ilə müxtəlif aylıqrüblükillik hesabatlar hazırlamaq və rəhbərliyə vaxtında təqdim etmək;
- Dağıtım effektivliyi raporlarının hazırlanması və vaxtında rəhbərliyə təqdim olunması;
- Sürücü Performans raporlarının günlük,həftəlik və aylıq raporlarının hazırlanıb vaxtında təqdim olunması;
- Dağıtım zamanı sifarişçi ünvanında yaranan problemlərin araşdırılması,problemin qaynağının (AnbarNəqliyyatsatış problemləri) tapılıb həlli yolunda çalışmalar aparmalı;
- İstismar vasitələrindən səmərli istifadənin analizinin aparılması və günlük,həftəlik hesabtların verilməsi.

Tələblər:

- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
- Komandada işləmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Araşdırma və müştəri münasibətlərinin idarə olunamsı üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.