Satışa Dəstək Sektorun Müdiri

İşin təsviri

Satışa Dəstək Sektorun Müdiri 

Departament: Kommersiya;
Şöbə: Satış şöbəsi;
Sektor: Satışa dəstək.

Əsas vəzifə və öhdəlikləri:

1. Satış və Xidmət prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindək və prosesə riayət etmək;
2. Tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
3. Satış proseslərini qiymətləndirir;
4. Satış səviyyəsinin yüksək olmasına dair imkanları müəyyən edir;
5. Ətraflı təqdimatlar və fəaliyyət planlarını hazırlayır;
6. Gələcək artım planları ilə birlikdə gəlir məqsədlərinə nail olmaq üçün dəstək göstərir, təkliflər irəli sürür;
7. Satışa, marketinqə və müştəri xidmətlərinə dəstək göstərir;
8. Standart və tematik təqdimatlar, satış dəstəyi üçün materialları hazırlayır;
9. Müxtəlif növ hesabatları tərtib edir edir;
10. Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
11. Tabeçiliyində olan işçilərin fəaliyyətini qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
12. Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat verir;
13. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsilli;
2. Satış sahasində minimum 3 il təcrübəsi olmalıdır;
3. Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
4. Müasir Satış trendlərini bilməlidir;
5. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidır;
6. İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
7. Analitik düşüncəyə malik olmalıdır;
8. Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
9. Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
10. Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
11. Satışa aid olan sənədlərin tərtib etmə bacarıqlara yüksək səviyyədə malik olmalıdır;
12. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
13. Kompüter bilikləri üzrə: MS Office (word və xüsusi ilə excel), PowerPoint və Outlook programlarını mükəmməl bilməlidir;
14. İşgüzar yazışma əsaslarını bilməlidir;
15. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
16. Mütəmadi olaraq ezam olunmağa hazır olmalıdır;
17. Sürücülük vəsiqəsi olmalıdır.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Satışa dəstək sektorun müdiri) qeyd etməklə CV-nizi [email protected] e-ünvanına göndərə bilərsiniz.