Korporativ Müştərilərə Dəstək Sektorunun Müdiri

İşin təsviri

Korporativ Müştərilərə Dəstək Sektorunun Müdiri 

Departament: Kommersiya;
Şöbə: Müştəril xidmətləri;
Sektor: Korporativ Müştərilərə Dəstək.

Əsas vəzifə və öhdəlikləri:

1. Korporativ müştərilərə xidmət prosesini və ona aid olan bütün sənədləri yaradaraq, onları daima təkmilləşdirmək və prosesə riayət etmək;
2. Tabeçiliyində olan işçilərə rəhbərlik etmək, onların arasında iş yükünü səmərəli paylaşdırmaq;
3. Müxtəlif növ hesabatları tərtib etmək;
4. Departamentin digər struktur bölmələri ilə sektorun fəaliyyətini koordinasiya və onların qarşılıqlı əlaqəsini təmin etmək;
5. Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək;
6. Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirmək və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlamaq;
7. Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə birbaşa rəhbərinə hesabat vermək;
8. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsilli;
2. Müştəri Xidmətləri (korporativ müştərilərlə iş sahasinə üstünlük verilir) minimum 3 il təcrübəsi olmalıdır;
3. Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
4. Müştəri Xidmətləri trendlərini bilməlidir;
5. Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidır;
6. İnkişaf olunmuş liderlik, təşkilatçılıq, təqdimat bacarıqlara malik olmalıdır;
7. Satış üzrə bacarıqlara malik olmalıdır;
8. Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
9. Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
10. Müştərilərlə iş üzrə prosesinə aid olan sənədlərin tərtib etmə bacarıqlara yüksək səviyyədə malik olmalıdır;
11. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
12. Kompüter bilikləri: MS Office (word və xüsusi ilə excel), PowerPoint və Outlook programlarını mükəmməl bilməlidir;
13. İşgüzar yazışma əsaslarını bilməlidir;
14. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
15. Mütəmadi olaraq ezam olunmağa hazır olmalıdır.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Korporativ Müştərilərə Dəstək Sektorunun Müdiri) qeyd etməklə CV-nizi [email protected] e-ünvanına göndərə bilərsiniz.